Balansımızdakı transformatorlar yüksək səviyyədə mühafizə edilir - "Azərişıq"dan açıqlama

12:16 26.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Tovuz rayonunda azyaşlı transformatorda yanıb. Trend.az-n verdiyi xəbərə görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

Kənd sakini - 2007-ci il təvəllüdlü Əhmədov Kamil Telman oğlu oxuduğu Bozalqanlı kənd orta məktəbinin yaxınlığındakı transformatorun yerləşdiyi daş tikiliyə daxil olub və orada onu elektrik cərəyanı vurub.

Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra o, Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Məlum olub ki, K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hafta.az-a bildirdi ki, “Azərişıq”ın balansında olan transformatorlarda mühafizə yüksək səviyyədə təşkil olunur: “Transformatorlar hasarın içindədir və qıfıl ilə bağlı olur. Ora girmək mümkün deyil. Ola bilsin, hadisə özəl transformatorda baş versin. Bununla bağı “Azərışıq” tərəfindən araşdırma aparılır".